Bakı. Trend:
“Barselona”nın gənc ulduzu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la matçda (1:1) vurduğu qolla klub tarixində fərqlənib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən 18 yaşlı vinger bu mövsüm qollarının sayını 20-yə çatdırıb.
O, son 15 ildə “Barselona”da bir mövsümdə 20 qol vuran ilk ispaniyalı futbolçu olub.
Qeyd edək ki, Kataloniya təmsilçisində sonuncu dəfə bu göstəriciyə 2010/2011 mövsümündə 23 qolla David Vilya nail olub.
Xatırladaq ki, Yamal cari mövsümdə 37 matçda 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
