...

ABŞ-də atışma baş verib

Dünya xəbərləri Materials 11 Mart 2026 01:45 (UTC +04:00)
ABŞ-də atışma baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində naməlum şəxs sinaqoq yaxınlığında insanlara atəş açıb. Baş verən atışma zamanı bir polis zabiti və bir şübhəli yaralanıb.

Trend xəbər verir ki, bu barədə "CBS NEWS" telekanalına istinadən məlumat verilib.

Yaralı polis zabiti xəstəxanaya çatdırılıb və Baltimor Polis Həmkarlar İttifaqı onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Şübhəlinin vəziyyəti barədə hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti