...

Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 11 Mart 2026 10:58 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.

Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.

Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona təhlükəsizlik və sabitlik bəxş etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti