...

İran ballistik raket və dronları mülki əhalinin sıx məskunlaşdığı ərazilərdən buraxır – IDF

Dünya xəbərləri Materials 11 Mart 2026 15:11 (UTC +04:00)
İran ballistik raket və dronları mülki əhalinin sıx məskunlaşdığı ərazilərdən buraxır – IDF
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran ballistik raketləri və dronları mülki əhalinin sıx məskunlaşdığı əraziləri buraxaraq ,döyüş əməliyyatlarından iştirak etməyən insanların həyatını təhlükəyə atır.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) farsdilli sözçüsü polkovnik-leytenant Kamal Penhasi bildirib.

“Bu addımlar həm buraxılış qurğularından istifadə zamanı, həm də onların İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi vaxt qəsdən və birbaşa İran mülki vətəndaşlarını təhlükə qarşısında qoyur”, - deyə o bildirib.

Hərbi qurum polkovik-leytenantın dediklərinə qüvvət olaraq, körpünün altında yerləşən raket buraxılış qurğusuna zərbə endirildiyini göstərən görüntülər də yayıb.

“Bir daha sizə, İran vətəndaşlarına müraciət edirik: şəxsi təhlükəsizliyiniz üçün raket buraxılış qurğularından uzaq durun”,- deyə Penhasi əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti