...

Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb (FOTO)

Cəmiyyət Materials 11 Mart 2026 12:21 (UTC +04:00)
Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Qayıdış proqramı çərçivəsində bu mərhələdə yola salınan karvanla Xocalı rayonunun Xanabad kəndinə 21 ailə, ümumilikdə 103 nəfər çatdırılıb.

Belə ki, kəndə gələn ailələrə yaxın zamanda onlara məxsus evlərin açarları təqdim olunacaq.

Qeyd edək ki, Xanabad kəndinə köçürülən bu ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti