Bakı.Trend:
Hesab edirik ki, gənclərimiz bu kitabdan istinad mənbəyi kimi istifadə edəcəklər. Eyni zamanda, əsər milli kimliyimizin formalaşması və inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev bu gün “Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, Həsən Həsənov həmişə gənclər üçün əlçatan olan bir tarixçi alimdir.
“Biz istənilən vaxt ona müraciət edərək müxtəlif düşərgələrimizdə və layihələrimizdə gənclərlə görüşlərini təşkil edirik. Bu görüşlərin əsas məqsədi isə Prezident İlham Əliyevin də vurğuladığı kimi, gənclərimizin Azərbaycan tarixini bilməsi, onu qoruması və yaşatmasıdır”, – deyə Yusif Vəliyev əlavə edib.
