...

BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Dünya xəbərləri Materials 11 Mart 2026 04:26 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası martın 11-də Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Trend xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Təhlükəsizlik Şurası qarşısında məruzə ilə çıxış edəcək.

Qeyd olunub ki, daha əvvəl Fransa son bir həftə ərzində İsrail tərəfindən kütləvi zərbələrə məruz qalan Livanda vəziyyətin pisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti