...

Çempionlar Liqası: “Real Madrid” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı

İdman Materials 11 Mart 2026 09:47 (UTC +04:00)
Çempionlar Liqası: “Real Madrid” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Trend-in məlumatına görə, günün ilk matçı Almaniyada “Bayer” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Digər üç görüş isə gecə saat 00:00-da start götürəcək. Norveçin “Budyo Qlimt” klubu Portuqaliya “Sportinq”ini, Fransanın PSJ komandası İngiltərənin “Çelsi” kollektivini, İspaniya “Real Madrid”i isə İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda Türkiyə “Qalatasaray”ı evdə İngiltərə “Liverpul”unu 1:0, Almaniya “Bavariya”sı İtaliyada “Atalanta”nı 6:1, İspaniya “Atletiko”su doğma meydanda İngiltərə “Tottenhem”ni 5:2 hesabı ilə məğlub edib. “Nyukasl” (İspaniya) – “Barselona” (İspaniya) matçında isə qalib müəyyənləşməyib – 1:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti