Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,928 milyard manat təşkil edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 729,9 milyon manat və ya 8,9% artıb.
Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,9 milyard manat və ya 17,8% azalıb.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,198 milyard manat, 2025-ci ilin fevralın 1-nə isə 10,868 milyard manat təşkil etmişdi.
