...

Dünya bazarlarında neftin qiyməti 119 dollara yaxınlaşıb

Energetika Materials 9 Mart 2026 09:19 (UTC +04:00)
Dünya bazarlarında neftin qiyməti 119 dollara yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya enerji bazarında neftin qiyməti artıb.

Trend xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel fyuçerslərinin qiyməti 28.3% artaraq 116,57 ABŞ dollarına yüksəlib.

Məlumata görə, “Brent” markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 09:00-da 27,6% artaraq 118,43 dollara kimi yüksəlib.

Ümumilikdə, qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginliklə əlaqədar enerji infrastrukturuna mümkün təhlükələrlə bağlıdır.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti