Bakı. Trend:
Ağdamın "Qarabağ" klubunun legioneri Sami Mmae Azərbaycandan ayrılmaq niyyətindədir.
Trend xəbər verir ki, intizam qaydalarını pozduğuna görə futbolçu əvəzedici komandaya göndərilib və bu səbəbdən o, “Qarabağ”dan vaxtından əvvəl ayrılmaq istəyir.
Onun icarə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.
Qeyd edək ki, futbolçunun müqavilə hüquqları Zaqreb "Dinamo"suna məxsusdur.