Bakı. Trend:
İtaliya A Seriyasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Atalanta"nı çalışdıran Raffaele Palladino ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Berqamo təmsilçisi fevralda İtaliya çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.
Qeyd edək ki, Raffaele Palladino2025-ci ilin 11 noyabr tarixində "Atalanta"nın baş məşqçisi vəzifəsinə təyin olunub.
