Bakı. Trend:
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Trend bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda
sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından
qısamüddətli sel keçəcəyi ehtimal olunur.
