...

Mərkəzi Bankla QMAMTYM arasında əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2026 12:25 (UTC +04:00)
Mərkəzi Bankla QMAMTYM arasında əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi (QMAMTYM) arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzinin (QMAMTYM) direktoru Holger Florkemayer ilə görüşüb. Görüş çərçivəsində Mərkəzi Bank və QMAMTYM arasında mövcud əməkdaşlıq əlaqələri və bu əməkdaşlığın gələcək inkişaf perspektivləri, o cümlədən QMAMTYM tərəfindən göstərilən texniki yardım proqramları və onların təklif etdiyi imkanlar ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, QMAMTYM Beynəlxalq Valyuta Fondu (BVF), üzv ölkələr və inkişaf tərəfdaşları arasında əməkdaşlıq çərçivəsində yaradılmış texniki yardım mərkəzidir. Təşkilat regionda daha güclü siyasət çərçivələrinin və institutların formalaşdırılmasına dəstək göstərmək, yeni və inklüziv iqtisadi artım mənbələri müəyyən etmək, həmçinin regionun iqtisadi potensialını artırmaq məqsədilə BVF-nin fəaliyyətinin genişləndirilməsi istiqamətində təşəbbüslər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti