...

Prokurorluqda qadın işçilərin sayı artırılmalıdır - Kamran Əliyev

Cəmiyyət Materials 6 Mart 2026 15:18 (UTC +04:00)
Prokurorluqda qadın işçilərin sayı artırılmalıdır - Kamran Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Prokurorluq orqanlarında çalışan qadınlar kifayət qədər səmərəli fəaliyyət göstərirlər.

Trend xəbər verir ki, bu fikirləri bu gün Baş Prokuror Kamran Əliyev “Beynəlxalq qadınlar günü”nə həsr olunan tədbirdə deyib.

Baş prokuror qeyd edib ki, prokurorluq işçiləri iki kateqoriya üzrə çalışırlar:

“Birincisi prokurorluq orqanlarında çalışanlardır. Həmin qadınların sayı ümumi işçilərin 10%-ni təşkil edir. İkinci kateqoriya isə dövlət qulluqçularıdır ki, onlar sayı 38%-dən çoxdur”.

O vurğulayıb ki, prokurorluq orqanlarında qadın işçilərin sayı artırılmalıdır və əsas hədəflərdən biri budur:

“Prokurorluğun 131 nəfər qadın əməkdaşı var. Onların 48%-i 1992-2021-ci ilədək çalışanlardır. Son 5 ildə 67 qadın əməkdaş prokurorluq orqanlarına işə qəbul olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti