...

Prezident İlham Əliyev Qana Prezidentinə məktub ünvanlayıb

Siyasət Materials 6 Mart 2026 11:58 (UTC +04:00)
Prezident İlham Əliyev Qana Prezidentinə məktub ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qana Respublikasının Prezidenti Con Dramani Mahamaya məktub ünvanlayıb

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Qana xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti