...

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Mart 2026 19:34 (UTC +04:00)
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfər edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək, eləcə də hökumətin yüksək səviyyəli nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Trend bu barədə Avropa İttifaqı Şurasına istinadən xəbər verir.

"Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaşdır: enerji sahəsində əməkdaşlığımız enerji təchizatımızın şaxələndirilməsi və enerji təhlükəsizliyimizin gücləndirilməsi istiqamətində səylərimiz üçün mühüm əhəmiyyət daşıyır. Görüşümüz həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün imkan yaradacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik nümayiş etdirir", - məlumatda qeyd edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər 1999-cu ildən qüvvədə olan Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Avropa İttifaqı Azərbaycanda əsas investor və ölkənin ən böyük ticarət tərəfdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti