...

Antuan Qrizmann MLS klubunun təklifini qəbul etmədi

İdman Materials 7 Mart 2026 01:25 (UTC +04:00)
Antuan Qrizmann MLS klubunun təklifini qəbul etmədi

Bakı. Trend:

"Orlando Siti"nin transfer etmək istədiyi Antuan Qrizmann gələcəyi ilə bağlı qərarını verib.

Trend xəbər verir ki, "Atletiko"nun fransalı hücumçu MLS klubu ilə danışıqları dayandırıb. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

34 yaşlı forvard ən azı yaya qədər İspaniya klubunda qalacaq. Onun La Liqa nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 38 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti