...

“Real Madrid” “Selta Viqo”nu məğlub edib - İspaniya La Liqası

İdman Materials 7 Mart 2026 04:29 (UTC +04:00)
“Real Madrid” “Selta Viqo”nu məğlub edib - İspaniya La Liqası

Bakı. Trend:

İspaniya La Liqasının 27-ci turunda “Selta Viqo” və “Real Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

Trend xəbər verir ki, matç Viqodakı “Abanca Balaídos” stadionunda oynanılıb və 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni 11-ci dəqiqədə hesabı açıb. “Selta Viqo”nun hücumçusu Borxa İqlesias 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “Real Madrid”in qələbə qolunu vurub.

Xəbər lenti

Xəbər lenti