Bakı. Trend:
Azərbaycan-Moldova münasibətləri onilliklərə söykənən çox səmimi açıq dostluq münasibətləri kimi səciyyələndirilə bilər.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2026-cı ilin ikinci yarısında iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək.
"Demək olar ki, ya beynəlxalq, ya da ölkəmizdə keçirilən tədbirlərdə yüksək səviyyəli görüşlər baş tutur. Biz də hər fürsətdə görüşüb ikitərəfli münasibətləri müzakirə edirik", - deyə Ceyhun Bayramov əlavə edib.
