...

Azərbaycan-Moldova iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub

İqtisadiyyat Materials 6 Mart 2026 19:46 (UTC +04:00)
Azərbaycan-Moldova iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Moldova arasında investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

Tərəflər iqtisadi-ticarət, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyini vurğulayıblar. Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Kənd təsərrüfatı, enerji, İKT və s. sahələrə investisiya perspektivlərinin olduğu qeyd edilib, sərmayə mühiti və biznes imkanları, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib.

Görüşdə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti