...

Kanadalı keçmiş səfir NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub

Siyasət Materials 6 Mart 2026 13:45 (UTC +04:00)
Kanadalı keçmiş səfir NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadalı diplomat Kevin Hamilton martın əvvəlindən etibarən NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

Trend bu barədə NATO-nun rəsmi saytına istinadən xəbər verir.

“Kevin Hemilton alyansın bu iki strateji əhəmiyyətli region üzrə siyasətinin həyata keçirilməsinə cavabdehdir. O, eyni zamanda, NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsində Tərəfdaşlıqlar üzrə Baş katibin müavininin köməkçisidir”,-deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Kanadanın Xarici Xidmətinin karyera diplomatı olan Hemilton 2023–2026-cı illərdə Kanadanın Türkiyədəki səfiri vəzifəsində çalışıb, eyni zamanda Azərbaycan və Gürcüstanda akkreditə olunub.

O, bundan əvvəl 2016–2020-ci illərdə Rumıniya, Bolqarıstan və Moldova Respublikasında səfir kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti