...

Moldova hər zaman Azərbaycanın təşəbbüslərinə dəstək göstərib - Ceyhun Bayramov

Siyasət Materials 6 Mart 2026 13:18 (UTC +04:00)
Moldova hər zaman Azərbaycanın təşəbbüslərinə dəstək göstərib - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan çox fəal xarici siyasət yürüdür, bizim çox sayda qlobal, beynəlxalq təşəbbüslərimiz var. Moldova tərəfindən hər zaman bu layihələrə dəstək müşahidə etmişik.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, idman, gənclər siyasəti sahəsində iki ölkə arasında ciddi perspektivlər var:

"Bunlar hamısı bizim əməkdaşlığımızın ciddi elementləridir".

Xəbər lenti

Xəbər lenti