Bakı. Trend:
Naxçıvanda elektrik veriliş xətləri üzrə irihəcmli işlər görüləcək.
Trend bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Belə ki, görüləcək işlər çərçivəsində 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik veriliş xətlərinin kabel xətləri ilə əvəzlənəcək.
"AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
ASC sözügedən işlərin icrasını “Azconstruction” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, işlərin dəyəri 6,665 milyon manat həcmində müəyyənləşib.
