...

Azərbaycan və Aİ iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat Materials 6 Mart 2026 12:46 (UTC +04:00)
Azərbaycan və Aİ iqtisadi əməkdaşlığı müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Avropa Komissiyasının nümayəndəsi ilə görüşdə tərəfdaşlığın prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kirali ilə görüşüb.

Görüşdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Avropa İttifaqı (Aİ) ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə birgə fəaliyyətin regional inkişafa xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var.

Tərəflər Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi, birgə layihələrin icrası, eləcə də digər məsələlərə dair müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti