...

ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat

İqtisadiyyat Materials 6 Mart 2026 15:36 (UTC +04:00)

Bakı. Trend:

Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.

Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur.

Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq.

Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər.

Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər.

Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti