Bakı.Trend:
"Şahdəniz" üzrə işlərin etibarlılıq göstəriciləri 100 faiz səviyyəsində qalmaqdadır
Trend xəbər verir ki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli brifinqdə deyib.
"Fəaliyyətimiz davam edir. Birincisi, biz qazmanı davam etdiririk - təxminən altı yeni quyu qazmağı planlaşdırırıq. İkincisi, biz Şahdəniz Kompressiya (Shah Deniz Compression -ing) adlı yeni obyektin tikintisində uğurla irəliləyirik. Mahiyyət etibarı ilə, həmin obyekt rezervuara olan təzyiqi azaltmağa kömək edəcək və daha çox qazın hasil olunmasına şərait yaradacaq ki, bununla da ölkəni əlavə resurslarla təmin etmiş olacaq", -deyə o bildirib.
