...

"Napoli" və "Ayntraxt" "Qarabağ"ın legioneri ilə maraqlanır

İdman Materials 6 Mart 2026 14:26 (UTC +04:00)
"Napoli" və "Ayntraxt" "Qarabağ"ın legioneri ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın legioneri Emmanuel Addai yeni mövsümə top-5 liqalarından birində başlaya bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin bir sıra klubları, eləcə də İtaliyanın "Napoli" və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları 24 yaşlı qanalı futbolçu ilə maraqlandıqlarını bildiriblər.

Frankfurt artıq qış “transfer pəncərəsi” dövründə oyunçunu transfer etməyə çalışmışdı. Bundesliqa klubunun təklifinə müsbt yanaşmasalar da, Addai ilə maraqlanmaqda davam edir. Addainin “Qarabağ”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Onun bu yay keçiriləcək dünya çempionatı üçün Qana milli komandasının heyətinə də dəvət ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti