Bakı. Trend:
"Manchester Yunayted"in maraq dairəsində olan futbolçulardan biri Sandro Tonalidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Manester Yunayted”in transfer hədəfləri barədə insayder Ben Yakobs məlumat yayıb.
Onun sözlərinə görə, Tonali “Mançester Yunayted”in xoşuna gələn futbolçulardandır, lakin italiyalı yarımmüdafiəçi gələcəkdə İtaliyaya qayıtmağı arzulayır. Bununla belə, "Serie A" klubları onu transfer etməkdə maliyyə baxımından çətinlik çəkə bilər və Premyer Liqa klubu bundan yararlana bilər.
Ceykobsun fikrincə, Mançester təmsilçisi yay transfer pəncərəsində sol cinah hücumçusu alacaq. Prioritet namizədlərdən biri Yann Diomandedir. Hazırda o, "Leypsiq"də çıxış edir və "qırmızı şeytanlar” bu mövqeyi gücləndirmək üçün böyük məbləğ xərcləməyə hazırdır.
Bundan əlavə, klub "Borussiya" (Dortmund) müdafiəçisi Julian Ryersonu da izləyir. “Mançester Yunayted”i həmçinin yarımmüdafiəçi Elliot Anderson maraqlandırır, lakin "Nottingham" hələ futbolçu üçün qiymət müəyyən etməyib və onu ucuz satmaq niyyətində deyil.
