...

Azərbaycanın qonşuluq prinsipini daim baltalayan molla rejiminin nankorluğu

Siyasət Materials 5 Mart 2026 19:19 (UTC +04:00)
Azərbaycanın qonşuluq prinsipini daim baltalayan molla rejiminin nankorluğu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, öz ərazisindən heç bir ölkəyə, o cümlədən üçüncü bir ölkəyə hücuma icazə vermədiyini dəfələrlə vurğulamış və bunu praktikada da sübuta yetirmişdir. Lakin İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisini dronlarla atəşə tutması, molla rejiminin nankorluğu və riyakarlığının bariz nümunəsidir.

Martın 5-də (bu gün-red.) İranın Silahlı Qüvvələri Naxçıvanı dronlarla atəşə tutub. Molla rejimi isə hər zamanki kimi susqunluq nümayiş etdirərək, heç bir hadisə baş verməmiş kimi davranır. Halbuki, dronlardan birinin Naxçıvan aeroportuna düşməsi, hücumun məqsədli şəkildə həyata keçirildiyini və əsas hədəfinin aerportu sıradan çıxarmaq olduğunu göstərir. Rejim, hətta "inandığı" prinsipləri belə tapdalayaraq, qonşusunun dinc şəkildə yaşamasına mane olmağa çalışır. Bu isə onun nə qədər nifrət saçdığını və sadəcə sözlə yaxşı qonşuluqdan danışdığını, praktikada isə hər hansı bir prinsip və insani dəyərlərə zidd olduğunu göstərir.

Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalaraq, öz ərazisindən nə İranın, nə də başqa ölkələrin təhlükə yaratmasına heç vaxt imkan verməyəcəyini bəyan edib. İranın buna cavabı isə yaxşı qonşu olmaqdan çox, nankorluq göstərməkdir.

28 fevralda ABŞ və İsrailin İrana qarşı ilk hücumundan sonra, İranın Ali Liderinin ölümünə görə dərhal başsağlığı verən və səfirliyini ziyarət edən Azərbaycan Prezidenti, həmçinin İrana humanitar yardım göndərməyi planlaşdırırdı. Azərbaycan, həm nəzəri, həm də praktik olaraq qonşuluq siyasətinə sadiq qalmağa davam etdi. Lakin İran bu siyasəti görməzdən gələrək, onu baltalamağa başladı.

Azərbaycan heç vaxt qonşu ölkələrə qarşı riyakar siyasət yürütməyib, əksinə, dar gündə hər zaman qonşularına dəstək olub. İran isə daim qonşularına qarşı mənfi fikir formalaşdırmağa və onları öz maraqları üçün istifadə etməyə çalışıb.

Azərbaycan, İranla münasibətləri müsbət yöndə inkişaf etdirərkən, molla rejimi Naxçıvan ərazisində mülki obyekti və dinc vətəndaşları hədəf alıb. Bu, terror aktı kimi qiymətləndirilməlidir. Din adı altında müxtəlif metodlarla öz vətəndaşlarını qırğından keçirməyə meylli olan molla rejiminin mülki infrastruktura dron hücumu təşkil etməsi, onun aciz və qorxaq olduğunu göstərir.

Azərbaycan, ona hücum edən tərəfləri həmişə peşman edib və edəcək. İran isə acizlik əməlinə görə həm peşman olacaq, həm də cavab verməlidir.

İranda İslam İnqilabından sonra qonşu ölkələr daim "dost və qardaş" adlandırılsa da, İran bu münasibətləri zəif göstərməyə çalışaraq, öz qonşularını istədiyi şəkildə manipulyasiya etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti