...

Ukrayna İranın Naxçıvana PUA hücumundan sonra Azərbaycana dəstək ifadə edib

Gündəm Materials 5 Mart 2026 15:57 (UTC +04:00)
Ukrayna İranın Naxçıvana PUA hücumundan sonra Azərbaycana dəstək ifadə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna İran pilotsuz uçuş aparatlarının hücumundan sonra Azərbaycana dəstəyini ifadə edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin bəyanatında deyilir.

“Ukraynanın Azərbaycandakı Səfirliyi İranın pilotsuz uçuş aparatlarının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisinə hücumu ilə bağlı məlumatları və xəbərləri diqqətlə izləyir”, – bəyanatda bildirilir.

Diplomatik nümayəndəlik Azərbaycana dəstək və həmrəylik ifadə edib, regional və qlobal təhlükəsizliyə təhdidlərlə mübarizə məqsədilə daha sıx beynəlxalq əməkdaşlığa çağırıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti