Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik katibi Kristi Noemini vəzifəsindən azad edib.
Trend xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində məlumat verib.
Onun yerinə Oklahoma ştatından senator Markveyn Mallinin namizədliyi irəli sürülüb. Malli vəzifəsinin icrasına martın 31-də başlayacaq.
Kristi Noem isə şənbə günü Florida ştatının Doral şəhərində elan ediləcək Qərb yarımkürəsindəki yeni təhlükəsizlik təşəbbüsü olan “Amerika Qalxanı” üçün xüsusi elçi vəzifəsinə keçəcək.
