...

Azərbaycan Böyük Britaniya şirkəti ilə kibertəhlükəsizlik üzrə əməkdaşlıq edəcək

Telekommunikasiya Materials 5 Mart 2026 14:29 (UTC +04:00)
Azərbaycan Böyük Britaniya şirkəti ilə kibertəhlükəsizlik üzrə əməkdaşlıq edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın "Entrust" şirkəti və "AzInTelecom" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirdik. Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verdik və “Entrust” ilə indiyə qədər olan və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik. Sonda "Entrust" və "AzInTelecom" arasında əməkdaşlığa dair memorandum imzalandı", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti