...

Finlandiya hökuməti nüvə silahlarının idxalına məhdudiyyətləri aradan qaldırmağı təklif edir

Dünya xəbərləri Materials 6 Mart 2026 01:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya hökuməti ölkəyə nüvə silahlarının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif edən Nüvə Enerjisi Qanununa düzəlişləri təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, mövcud qanunvericiliyə əsasən Finlandiyaya nüvə partlayıcı maddələrinin idxalı, eləcə də onların Finlandiyada daşınması, çatdırılması və ya saxlanması tamamilə qadağandır. Təklif olunan layihədə isə əgər bu, Finlandiyanın müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı ilə bağlıdırsa, nüvə partlayıcı maddələrinin Finlandiyaya idxalına, eləcə də Finlandiyada daşınmasına, çatdırılmasına və ya saxlanmasına icazə verilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, NATO ölkələrinin əksəriyyətində müdafiə və çəkindirmə ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Bu qanun layihəsi Finlandiya qanunvericiliyini NATO əməliyyatlarına uyğunlaşdıracaq.

Müdafiə Nazirliyi vurğulayıb ki, layihənin məqsədi NATO-nun bütün komponentlərini əhatə edən çəkindirmə sisteminin etibarlılığını təmin etmək, profilaktik çəkindirməni təkmilləşdirmək və Finlandiya ilə bütün ittifaqa qarşı hərbi güc tətbiqinin qarşısını almaqdır.

Eyni zamanda, bildirilib ki, Finlandiya öz ərazisində nüvə silahı yerləşdirməyi nəzərdə tutmur və NATO da bunu planlaşdırmır.

Xəbər lenti

Xəbər lenti