...

Avstriya naziri Azərbaycanla həmrəyliyini bildirib

Siyasət Materials 6 Mart 2026 00:26 (UTC +04:00)
Avstriya naziri Azərbaycanla həmrəyliyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

5 mart 2026-cı il tarixində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur və regionda gərginliyin artmasına xidmət edir.

Avstriya naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi də vurğulanıb.

Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə edilməklə təxliyyəsinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti