Bakı. Trend:
İran Avropa üçün təhdid olmağa yaxındır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaxın Şərq eskalasiyaları fonunda Reuters-ə açıqlama verən NATO Baş-katibi Mark Rütte bildirib.
Rütte Ağ Ev rəhbəri Donald Trampın Tehranın nüvə və ballistik raket potensialını tamamilə aradan qaldırmaq səylərinə dəstəyini ifadə edib.
Şimali Atlantik aylansı rəhbəri bildirib ki, eyni zamanda Türkiyənin hava məkanına yaxınlaşan İrandan buraxılan ballistik raketin NATO-nun HHM sistemləri tərəfindən zərərsizləşdirilməsi məsələsinə də toxunub.
O, bunun ciddi bir insident olduğunu vurğulasa da, NATO sazişinin Beşinci maddəsinin tətbiqi üçün yetərli olmadığını diqqətə çatdırıb.
Rutte əlavə edib ki, İranda vəziyyətin necə yekunlaşacağını qiymətləndirmək çətindir, lakin onun qənaətinə görə, ABŞ nə etdiyini bilir.
Qeyd edək ki, NATO müqaviləsinin 5-ci maddəsi kollektiv müdafiə prinsipini müəyyən edir. Bu maddəyə görə, NATO üzvlərindən birinə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir və digər dövlətlər hücuma məruz qalan ölkəyə kömək etmək öhdəliyi daşıyır. Bu yardım hərbi qüvvənin istifadəsi də daxil olmaqla, təhlükəsizliyi bərpa etmək üçün zəruri hesab edilən müxtəlif tədbirləri əhatə edə bilər.
