...

Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

İqtisadiyyat Materials 5 Mart 2026 19:57 (UTC +04:00)
Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşdük.

Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.

Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları, Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti