Bakı. Trend:
Polşada əcnəbilərə qarşı kütləvi həbs və deportasiya əməliyyatı həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marcin Kierwiński “X” sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, ölkədə təxminən 1800 yoxlama aparılıb və nəticədə təxminən 140 nəfər saxlanılıb. Əcnəbilərin ölkəni tərk etmələri üçün 130 prosedur həyata keçirilib.
Polşa Sərhəd Xidmətinin məlumatına əsasən, 110 halda şəxslərin ölkə ərazisində qanunsuz yaşadıqları üçün Polşanı tərk etmələri ilə bağlı məhkəmə prosesi başlanıb.
Digər 20 halda isə milli təhlükəsizliyə təhdid yaradan şəxslər barədə Polşadan dərhal deportasiya qərarı verilib.
