Bakı. Trend:
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib.
Trend xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
"Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah" isə "Qəbələ"nin qonağı olub. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan qarşılaşmanın penaltilər seriyasında daha dəqiq olan qonaqlar yarımfinala yüksəlib.
14:30 "Kəpəz"- "Turan Tovuz" 0:2
18:00 "Qəbələ" - "Sabah" 3:3
