Bakı. Trend:
Kiprin cənub sahilində yerləşən Britaniya hərbi bazasına zərbə endirən İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatı Beyrutdan buraxılıb.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
Kipr hökumətinin məlumatına görə, pilotsuz uçuş aparatı gecə saatlarında “RAF Akrotiri” bazasında bir anqarı zədələyib.
Bundan əvvəl bazar ertəsi iki pilotsuz uçuş aparatı “RAF Akrotiri” bazasından havaya qalxan Britaniya qırıcıları tərəfindən məhv edilmişdi.
