...

İran ABŞ və İsrailin dəstəyi ilə ölkəyə daxil olan qruplaşmaları zərərsizləşdirdiyini elan edib

Dünya xəbərləri Materials 5 Mart 2026 11:19 (UTC +04:00)
İran ABŞ və İsrailin dəstəyi ilə ölkəyə daxil olan qruplaşmaları zərərsizləşdirdiyini elan edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyat nəticəsində ABŞ və İsrailin dəstəklədiyi separatçı qruplaşmalar zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, separatçı qruplaşmalar qərb sərhədindən ölkəyə daxil olub və sərhəd şəhərlərdə aktlar törətməyi planlaşdırıblar.

Bildirilib ki, qruplaşmaların mövqeləri və imkanlarının böyük hissəsi məhv edilib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti