...

Paytaxtda 2300-ə yaxın avtobus fəaliyyət göstərir

İqtisadiyyat Materials 5 Mart 2026 11:21 (UTC +04:00)
Paytaxtda 2300-ə yaxın avtobus fəaliyyət göstərir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2300-ə yaxın avtobus istismar olunur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293 yeni avtobus gətirilib:

"Gəncə şəhərində də 2025-ci ildə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib və 280 yeni avtobus alınaraq sərnişinlərin ixtiyarına verilib. Ümumilikdə 2025-ci ildə ölkə üzrə 800-dən artıq avtobus yenilənib. Hazırda Bakı şəhərinin avtobus parkında 368 elektrikli avtobus mövcuddur. Elektriklə işləyən avtobusların sayının artırılması ekoloji mühitin qorunmasına, səs-küyün və zərərli tullantıların azalmasına xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti