Bakı. Trend:
Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim
cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 10
dərəcədən 15°-dək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan
759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz
45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb
küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcədən 7°-dək, gündüz 12 dərəcədən 17
dərəcəyədək isti, dağlarda gecə -5 dərəcədən -10° -dək şaxta,
gündüz -3° şaxtadan 2°-dək isti olacaq.
