...

İsrail hava qüvvələrinin gecə əməliyyatlarının görüntülərini yayıb (VİDEO)

Dünya xəbərləri Materials 5 Mart 2026 10:54 (UTC +04:00)
İsrail hava qüvvələrinin gecə əməliyyatlarının görüntülərini yayıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə İranın Qum və İsfahan şəhərlərində həyata keçirdiyi aviareydlərin görüntülərini yayıb.

Trend xəbər verir ki, gecə keçirilən hava əməliyyatının görüntüsü IDF-in rəsmi “X” səhifəsində paylaşılıb.

Qum şəhərində keçirilən aviareydə İsrail istiqamətində ballistik raket atmağa hazırlaşdığı deyilən buraxılış qurğusu zərərsizləşdirilib. Digər görüntüdə isə İsfahan şəhərində yerli HHM-ə aid zenit-raket kompleksinin məhv edilməsi əksini tapır.

Qeyd olunur ki, IDF mülkilər arasında itkilərin olması riskini aradan qaldırmaq üçün çoxsaylı tədbirlər görüb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti