...

İran səfiri XİN-ə çağırılıb - Nota təqdim ediləcək

Cəmiyyət Materials 5 Mart 2026 12:44 (UTC +04:00)
İran səfiri XİN-ə çağırılıb - Nota təqdim ediləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək", bəyanatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti