Bakı. Trend:
İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun ilk günü başa çatdı.
Trend xəbər verir ki, 30-dan çox ölkənin mübarizə apardığı Kubok 4 gün müddətində Milli Gimnastika Arenasında davam edəcək. Kubokda ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. Yarışın ilk iki günü təsnifat mərhələsi, digər iki günü finallar olacaq. İlk günün nəticələrinə əsasən Nikita Simonov və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazandı.
Qarşıda bizi həyəcanlı mübarizə gözləyir.
