...

Almaniya iş adamlarının Azərbaycana investisiyalarının genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 5 Mart 2026 15:14 (UTC +04:00)
Almaniya iş adamlarının Azərbaycana investisiyalarının genişləndirilməsi müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Alman iş adamları arasında dayanıqlı sənaye, enerji səmərəliliyi və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar Axundov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Viyekin rəhbərlik etdiyi alman iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində bərpa olunan enerji mənbələri, dayanıqlı sənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogen texnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanlarının ətrafında müzakirələr aparılacaqdır.

Tərəflər Almaniya iş adamlarının ölkəmizə investisiya imkanlarının araşdırılması və institusional əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti