...

Azərbaycan İranın bu hərəkətinə qarşı cavab vermək hüququnu özündə saxlayır - Hikmət Babaoğlu

Siyasət Materials 5 Mart 2026 12:37 (UTC +04:00)
Azərbaycan İranın bu hərəkətinə qarşı cavab vermək hüququnu özündə saxlayır - Hikmət Babaoğlu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İran dronları tərəfindən Naxçıcan Beynəlxalq Hava Limanının vurulması şiddətlə qınanılmalı bir hadisədir. Bu, beynəlxalq hüququnun pozulması deməkdir, qonşuluq siyasətinin pozulması deməkdir və Azərbaycanın mövqeyi qarşısında İranın qeyri-adekvat davranışıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

"Şübhəsiz ki, Azərbaycan hüququ dövlətdir, güclü dövlətdir. Azərbaycan öz ərazisini və öz xalqın təhlükəsini qorunmağa qadir bir dövlətdir. Bu cür məsələlərdə də Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək, bu cür törədilmiş hallara qarşı qətiyyətli mövqe nümayiş etdirəcək bir dövlətdir. İranın bu hərəkətinə qarşı Azərbaycan cavab vermək hüququnu özündə saxlayır", - deyə deputat əlavə edib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti