...

RİNN və "BlackRock" rəhbərliyi arasında rəqəmsal infrastruktura investisiyaların cəlb olunması məsələsi müzakirə edilib.

İqtisadiyyat Materials 5 Mart 2026 12:31 (UTC +04:00)
RİNN və "BlackRock" rəhbərliyi arasında rəqəmsal infrastruktura investisiyaların cəlb olunması məsələsi müzakirə edilib.
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi və “BlackRock” şirkəti rəhbərlikləri arasında ölkənin rəqəmsal və nəqliyyat infrastrukturuna investisiyaların cəlb olunması müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz rəsmi “X” səhifəsində yazıb.

“Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirdik. Görüşdə Davosda Prezident İlham Əliyev tərəfindən “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”,-deyə yazıda qeyd olunur.

Qeyd olunur ki, eyni zamanda görüşdə rəqəmsal infrastruktura, süni intellekt ekosisteminə, regional məlumat mərkəzinin qurulmasına və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2026-cı il yanvarın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan "BlackRock" və onun törəmə şirkəti olan "Global Infrastructure Partners" (GIP) ilə strateji əməkdaşlığa dair protokol imzalayıb. Sənədə əsasən, infrastruktur və rəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarınadək investisiya yatırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti