Bakı. Trend:
Tailandın Burafa Universitetinin alimləri müəyyən ediblər ki, probiotik bakteriyalarla zəngin fermentləşdirilmiş süd məhsulları adi süd ilə müqayisədə sümüklərin mineral sıxlığını daha effektiv şəkildə artırır.
Trend xəbər verir ki, tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc olunub.
Fermentləşdirilmiş süd məhsulları - məsələn, yoğurt, kefir və ya qatıq - südün mayalanması prosesi zamanı yaranan canlı bakteriyaları ehtiva edir. Ən geniş yayılmış bakteriyalar arasında Lactobacillus bulgaricus və Streptococcus thermophilus var.
Bu mikroorqanizmlər bağırsaq mikroflorasının tərkibinə təsir göstərə və böyük ehtimalla kalsium da daxil olmaqla bəzi qida maddələrinin mənimsənilməsini yaxşılaşdıra bilər.
